Heydər Əliyev - 100

                                                                  Ulu Öndər
      Məqalə böyük siyasətçi, uzaqgörən dövlət xadımı, şəxsiyyəti, ishetdadı və siyasi fəaliyyəti ilə milyonların sevimlisi olan Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunur.
      Bizlər Ulu Öndərin məqalələrini oxuyub, çıxışlarını dinləyərək böyüdük. Onu doğmamız kimi sevdik, hörmət etdik. O böyük şəxsiyyət, Azərbaycan Dövləti üçün əvəzedilməz siyasi xadim idi.
      Atam həmişə SSRİ kommnist partiyasında Heydər Əliyev kimi güclü şəxsiyyətin varlığının ölkəmiz üçün böyük əhəmiyyəti olduğunu deyirdi. Bərabərlik, dostluq və qardaşlıq ideyası təblığ olunan imperiyada erməni xəyanətinin, kinin azalmamasını qeyd edirdi. 
      Azərbaycanın ağır günlərində Ulu Öndərin millətimizə, dövlətimizə sahib çıxması milyonlar kimi mənim də ürəyimdə ümid işığı yandırdı. Onun az müddətdə dövləti dircəltməsini, çıxışlarında:  
     - Torpaqlarımıza qayıdacayıq! - deməsini heç vaxt unutmadım.  
     Zamanla gördük ki imzaladığı müqavilələr, apardığı siyasət ölkənin gələcəyinə hesablanmışdır. Bunlardan biri “Əsrin müqaviləsi” idi. 
      Onun apardığı siyasətin nəticəsi idi ki, Ali Baş Komandanın rəhbərliyi ilə ölkəmiz gücünü, qüdrətini 44 günlük müharibədə bütün dünyaya göstərdi. Dosta sevinc, düşmənə göz dağı verdi.  
      Bəli dövləti qoruyan, onu irəli aparan güclü, uzaqgörən dövlət başçısı və igid xalqıdır. Ulu Öndər məhz belə dövlət başçısı idi. Biz xoşbəxtik ki onun siyasi kursunu cənab Prezident İlham Əliyev davam etdirir. Azərbaycan Dövlətinin qəhrəmanlıq səlnaməsini yenidən yazır. 
      Prezidentimizə arxa-dayaq olan qəhraman xalqımızla, böyük Türk Dünyası ilə fəxr edirik! Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik!
      Ulu Öndər, yeriniz cənnət, ruhunuz şad olsun! 100 yaşıniz mübarək!