''Nurlan Quliyeva'' (tam adı:''Quliyeva Nurlan Səəddin qızı'') — "Ən yaxşı müəllim" (2013)"
== Həyatı ==
Quliyeva Nurlan Səəddin qızı 23 iyul 1974-cü ildə Göygöl rayonunun (keçmiş Xanlar rayonu) Üçtəpə kəndində anadan olmuş, 1991-ci ildə Ə.Məmmədov adına Üçtəpə kənd orta məktəbini bitirmişdir. Həmin ildə Gəncə Dövlət Universitetinin (keçmiş Gəncə Dövlət Pedaqoji İnstitutu) riyaziyyat və informatika fakultəsinə qəbul olmuş və oranı fərqlənmə diplomu ilə bitirmişdir. Ali təhsillidir.
1996-cı ildən indiyədək riyaziyyat və informatika ixtisası üzrə Ə.Məmmədov adına Üçtəpə kənd tam orta məktəbində müəllim işləyir.
1996-cı ildən YAP-ın Göygöl rayon təşkilatının üzvüdür.
Yeni Yazarlar və Sənətçilər Qurumunun İdarə Heyətinin üzvü, Gəncə bölməsinin sədri, Milli Virtual Kitabxananın Yaradıcı Şurasının üzvüdür.
“Vergi Dostları” şəbəkəsinə (Azərbaycan Respublikası Vergilər Nazirliyi) 12 saylı Ərazi Vergilər Departamentindən seçilmiş "Vergi Dostu"dur (2013).
== Mükafatları ==
İşlədiyi müddətdə dəfələrlə Üçtəpə kənd orta məktəbində “İlin ən yaxşı müəllimi” olmuş, məktəb və Göygöl Rayon Təhsil Şöbəsi tərəfindən tərifnamələrlə, Gənclər və İdman Nazirliyi Göygöl rayon Gənclər və İdman İdarəsinin Fəxri Fərmani ilə təltif edilmidir.
Milli Kulturoloji Mükafat - XI Bakı Kitab Bayramı “2010-cu ilin Yeni nəsil yazarı”, 27 may 2011-ci il
Milli Kulturoloji Mükafat - XII Bakı Kitab Bayramı İlin Dərs vəsaiti “Riyaziyyatın konstruktiv təlimlə tədrisi metodikası” kitabı, 18 may 2012-ci il
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2012/2013-cü tədris ilində keçirilmiş "Ən yaxşı müəllim" müsabiqəsinin qalibidir.
== Kitabları ==
"Sirli kainat", YYSQ – "İKBƏR" seriyası, 2010. Elektron variantı - http://www.kitabxana.net/?oper=readBook&id=1003
"Riyaziyyatın konstruktiv təlimlə tədrisi metodikası", Bakı: "MBM", 2012. Elektron variantı - http://www.kitabxana.net/?oper=readBook&id=1335
"Fateh", Bakı: Elektron variantı - http://kitabxana.net/?oper=readBook&id=1568
"Heydər Əliyev məktəbi" (elmi-kütləvi məqalələr) Aydın Xan (Əbilov), Nurlan Quliyeva. Bakı: "MBM", 2013, 124 s. Elektron variantı - http://kitabxana.net/?oper=readBook&id=1799
== Yaradıcılığı ==
1) Fantastik əsərlərdən ibarət “Sirli kainat” adlı kitabı elektron kataloqa daxil edilib və elektron variantda kitabxanalarda yerləşdirilib. “Sirli kainat” adlı kitabına və İnternetdə gənclər arasında apardığı işlərə görə XI Bakı Kitab Bayramı Milli Kulturoloji Layihəsi çərçivəsində “2010-cu ilin Yeni nəsil yazarı” nominasiyasında mükafatlandırılıb.
2) Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26.12.2011-ci il tarixli 2172 saylı əmrinə əsasən metodik vəsait kimi təsdiq edilmiş digər kitabı “Riyaziyyatın konstruktiv təlimlə tədrisi metodikası” adlanır. Kitab elektron kataloqa daxil edilib və elektron variantda kitabxanalarda yerləşdirilib. “Riyaziyyatın konstruktiv təlimlə tədrisi metodikası” adlı kitabı XII Bakı Kitab Bayramı Milli Kulturoloji Layihəsi çərçivəsində “İlin Dərs vəsaiti” nominasiyasında qalib olub.
3) “Fateh” adlı kitabı Yeni Yazarlar və Sənətçilər Qurumu ilə kitabxana.net kulturoloji-innovativ layihə çərçivəsində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə nəşrə hazırlanıb və yayılır.
4) Dördüncü kitabının ideyaçısı olub və nəşrə hazırlayıb. Kitab Yeni Yazarlar və Sənətçilər Qurumu ilə YYSQ Gəncə bölümünün rəhbəri olaraq Nurlan Quliyevanın təşəbbüsü ilə, Göygöl Rayon Təhsil Şöbəsinin təşkilati, www.kitabxana.net - Milli Virtual Kitabxananın informasiya dəstəyilə bölgə müəllim və şagirdlər arasında keçirilmiş “Heydər Əliyev məktəbi” adlı müsabiqədə qalib gəlmiş məqalələr əsasında hazırlanmış və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuşdur.
Kitab Yeni Yazarlar və Sənətçilər Qurumuyla kitabxana.net - Milli Virtual Kitabxananın Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyilə gerçəkləşdirdiyi, Ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş, “Öndərin yadigarı – intellektual-kreativ Azərbaycanımızı sevək…” şüarı altında keçirilən XIII Bakı Kitab Bayramı – Kulturoloji Tədbirlər Silsiləsi çərçivəsində gercəkləşdirilən Müsabiqə və kulturoloji-innovativ layihə çərçivəsində nəşr və elektron nəşrə hazırlanıb.
Məqalələri
5) Nurlan Quliyeva. “Orta məktəb müəlliminin təcrübi mülahizələri” (elmi məqalə), “Ədalət” (qazet) 14 oktyabr 2011-ci il, səhifə 5
6) Nurlan Quliyeva “Konstruktiv təlimdə şagird biliyi özü əldə edir” (elmi məqalə), “Kurikulum” (elmi-metodiki jurnal), 2011 N 3 (15), səhifə 94-96
7) Nurlan Quliyeva “Üçüncü sinif riyaziyyat dərsliyi. Paralal və perpendikulyar düz xətlər” (elmi maqalə), “Kurikulum” (elmi-metodiki jurnal), 2011 N 4 (16), səhifə 69-72
8) Nurlan Quliyeva “Gənclərin virtual dünyası orta məktəbdən formalaşdırılmalıdır” (elmi məqalə), “Təhsil və Zaman” (qazet), 31 mart 2013-cü il, səhifə 13.
9) Nurlan Quliyeva "Qələm" (elmi-bədii hekayə), "Təbrik edirik!" ("Məntiq və riyaziyyat" jurnalının redaksiya heyəti) "Məntiq və riyaziyyat" (elmi-kütləvi, məntiqi-riyazi jurnal), N 02(30) Aprel-Avqust, 2013, səhifə 24-25
Müsahibələri
10) Arzu Paşayev. "Gələcək gələcək, yoxsa gəlməyəcək?!", "Ruzigar" (qazet)28 may 2011-ci il, səhifə 12
11) Aytən. "Vergi dostları" şəbəkəsi genişlənir'', "Vergilər" (qazet). 5 fevral 2014-cü il, N 5 (695)
''Saytları''
12) www.kitabxana.net portalında iki fərdi bloq yaratmışdır. Ədəbi - http://nuraz.kitabxana.net/ və elmi saytları - http://nuraz7.kitabxana.
13) Azərbaycan Respublikasının Təhsil Portalinda Aslan adlı portal yaratmışdır. Orada və saytın formunda yeni təliml metodları ilə keçirdiyi riyaziyyat dərslərinin mətnlərini, təqdimatlarını və elmi hekayələrini paylaşır.
14) Təhsil nazirliyi tərəfindən təşkil edilmiş Elekron Təhsil müsabiqəsində beş nominasiyada işi var.
15)"Mədəniyyət" adlı saytında Mədəniyyət və Facebook sosial şəbəkəsində yaratdığı https://www.facebook.com/nurlan.quliyeva və Fateh qrupunda Azərbaycan Dövlətinin milli, mədəni dəyərlərini, yeni, yaradıcı ideyaları təbliğ edir.
2012-2013 tədris ilində Elektron Təhsil Musabiqəsi çərçivəsində keçiriləm 1 şagird, 1 kompüter müsabiqəsinin yekun turunda iştirak etmişdir.
== Xarici keçidlər ==