21.04.2015

Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur

   21 aprel 2015-ci il tarixdə Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının ərazi ilk partiya təşkilatı Texniki  Peşə məktəbində Ümummilli Lider Heydər Əliyevin  anadan olmasının 92-ci ildönümü münasibətilə “ Heydər Əliyev
 müstəqil Azərbaycan dövlətinin qurucusudur” mövzusunda dəyirmi 
masa təşkil edilmişdir.

        Tədbirə Göygöl rayon İcra Hakimiyyətindən, YAP Göygöl rayon təşkilatından, Göygöl rayon  Gənclər və  İdman idarəsindən  nümayəndələr dəvət edilmişdir. Dəyirmi masada  məktəbin mühəndis- pedaqoji  işçiləri ilə yanaşı təhsildə  və məktəbin  ictimai işlərində fəal  olan şagirdlər də iştirak edirdi.
      Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sьkutla yad edilmiєdir.  Tədbiri açan məktəbin direktoru Qüdrət Nağıyev Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında danışıqdan sonra videoçarx nümayiş etdirildi. Psixoloq    Sevinc Hacıyeva “ Bənzərsiz və əvəzsiz şəxsiyyət”, Gənclərin çağırışaqədərki hazırlıq rəhbəri Eyvaz Əkbərov  “Heydər Əliyev  silahlı qüvvələr və gənclərin hərbi vətənpərvərlik haqqında”, fiziki  tərbiyə rəhbəri Təhminə Əliyeva “ Heydər Əliyev Azərbaycan gəncliyinin qürur simvolu” , müəllim Raisa Abdullayeva “Heydər Əliyev və milli- mənəvi dəyərlərimiz” mövzusunda çıxış etdilər.

        Şagirdlərdən Həsənova Şəhanə, Bayramova Jalə və başqaları da diskusiyada fəallıq göstərdilər.
        Göygöl rayon İcra Hakimiyyətinin məsul işçisi Valerik İbrahimov, YAP Göygöl  rayon təşkilatının məsul işçisi Zamir Hüseynov və Göygöl rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Dünyavi Məmmədova çıxış edərək ümummilli liderin həyat və fəaliyyətini hər birimizə örnək olmasını vurğuladılar.
       Tədbirin sonunda Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə şagirdlər arasında keçirilən “ Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş” inşa müsabiqəsinin qalibləri Məmmədova Günel Rasim qızı, Bayramova Jalə  Şahin qızı və Qurbanova Bənövşə Əzim qızına müvafiq  diplomlar verilmişdir.
        Həmçinin şagirdlər arasında keçirilən “ Peşəsinin ən yaxşı şagirdi” , “İfa” müsabiqəsinin , “ Şagirdlərin ən yaxşı yaradıcılıq işləri” məktəbdaxili müsabiqənin qalibləri diplom və fəxri fərmanlarla mükafatlandırılmışdır.
        Şagirdlərin təlim tərbiyəsində fərqlənənlərdən direktor müavini  Sahib Hacıyev, müəllimlərdən Eldar Əliyev , Sevinc Hacıyeva, Təhminə Əliyeva və Türanə Tağıyevaya da diplom təqdim edilmişdir.

YAP Göygöl rayon təşkilatının təlimatçısı: Namiq Məmmədov