Bu gün YAP Göygöl rayon Təşkilatı Gənclər Birliyinin növbəti toplantısı keçirilib. Toplantıda YAP Göygöl rayon təşkilatının şura üzvləri, o cümlədən YAP Göygöl rayon təşkilatının Gənclər Birliyinin şura üzvləri, ərazi ilk partiya təşkilatlarının fəal gəncləri və media nümayəndələri iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səslənmiş yığıncaq açıq elan olunmuşdur. YAP Göygöl rayon Təşkilatının sədri Turani Əliyev YAP Gənclər Birliyinin IV Konfransından irəli gələn məsələlərlə bağlı qarşıda duran vəzifələr haqqında tədbir iştirakçılarına qısa məlumat verərək, məruzə ilə çıxış etmək üçün sözü YAP Göygöl rayon təşkilatının Gənclər Birliyinin sədri Habil İsmayılova verdi. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə layiqincə həyata keçirilən dövlət gənclər siyasəti və bu siyasətin uğurlu bəhrələrindən danışan H. İsmayılov qeyd etdi ki, Ümummilli lider Heydər Əliyevin arzuladığı və Prezident İlham Əliyevin görmək istədiyi gənclik artıq tam olaraq formalaşıb.
Daha sonra cıxış edənlərdən YAP Göygöl rayon təşkilatının Gənclər Birliyinin şura üzvləri Anar Rzayev və Günay Məmmədova Azərbaycan üçün xüsusi önəm daşıyan “Bakı-2015” İlk Avropa Oyunlarının təbliğatının respublikanın hər bir bölqəsində olduğu kimi Göygöldədə lazımı dərəcədə aparıldığını, oyunlar ərəfəsi bəzi ünsürlərin ölkəmizə qarşı “ qara piar “ kompaniyası həyata kecirmək arzusunda olduqlarını bildirib: “ Ancaq onların arzusu həmişə olduğu kimi, bu dəfədə ürəklərində qalacaq, onlar bununla hec nəyə nail olmayacaqlar, sadəcə özlərinin əsil simalarını göstərirlər deyə vurğuladılar. Yığıncağın sonunda qarşıda duran vəzifələrə dair qərar qəbul olundu
YAP Göygöl rayon Təşkilatının
Aparat rəhbəri : Rəşad Veysov.