30.08.2013

Heydər Əliyev - 90

Milli Virtual Kitabxananın təqdimatında
   "Heydər Əliyev məktəbi”
   Elmi-kütləvi məqalələr toplusu Bu elektron nəşr Yeni Yazarlar və Sənətçilər Qurumuyla http://www.kitabxana.net - Milli Virtual Kitabxananın Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyilə gerçəkləşdirdiyi, Ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş, "Öndərin yadigarı intellektual-kreativ Azərbaycanımızı sevək…” şüarı altında keçirilən XIII Bakı Kitab Bayramı – Kulturoloji Tədbirlər Silsiləsi çərçivəsində gercəkləşdirilən Müsabiqə və kulturoloji-innovativ layihə çərçivəsində nəşrə hazırlanıb, yayılır.
   Elektron Kitab N 01 (50 – 2013)
Kulturoloji layihənin maliyyələşdirən qurum: Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi: http://mys.gov.az
Virtual redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov), yazar-kulturoloq

Kitabın elektron nəşri




   

"Heydər Əliyev məktəbi”
 (Elmi-kütləvi məqalələr toplusu)
Aydın Xan Əbilov, Nurlan Quliyeva.
Baki, "MBM", 2013, 124s

 Kitab Yeni Yazarlar və Sənətçilər Qurumu ilə YYSQ Gəncə bölümünün rəhbəri Nurlan Quliyevanın təşəbbüsü, Göygöl Rayon Təhsil şöbəsinin təşkilati, www.kitabxana.net - Milli Virtual Kitabxananın informasiya dəstəyilə bölgə müəllim və şagirdlər arasında keçirilmiş "Heydər Əliyev məktəbi” adlı müsabiqədə qalib gəlmiş məqalələr əsasında hazırlanmış və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuşdur.




Heydər Əliyev - 90 (tədbir)



 



28.03.2013

HEYDƏR ƏLİYEV MƏKTƏBİ

AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEV HAQQINDA

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil almışdır. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməmişdir.

1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləmiş və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilmişdir. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləmiş, general-mayor rütbəsinə qədər yüksəlmişdir. Həmin illərdə o, Leninqrad şəhərində (indiki Sankt-Peterburq) xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir.