AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ
LİDERİ HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEV HAQQINDA

1941-ci ildən
Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR
Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləmiş və 1944-cü ildə
dövlət təhlükəsizliyi orqanlarında işə göndərilmişdir. Bu dövrdən təhlükəsizlik
orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər
Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən
isə sədri vəzifəsində işləmiş, general-mayor rütbəsinə qədər yüksəlmişdir. Həmin
illərdə o, Leninqrad şəhərində (indiki Sankt-Peterburq) xüsusi ali təhsil
almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini
bitirmişdir.