13.05.2014

Göygöl rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91 illiyi qeyd edilib


    Göygöl rayon  İcra Hakimiyyətinin və YAP Göygöl rayon təşkilatının təşəbbüsü və   təşkilatçılığı  ilə  15 aprel  2014-cü ildə  Ulu Öndər  Heydər Əliyevin abidəsinin ziyarət edilməsi, əklil və gül dəstələrinin qoyulması  ilə  başlanan Ümummilli Lider  Heydər Əliyevin  əziz xatirəsinə həsr olunmuş   muğam müsabiqəsi, inşa yazı müsabiqəsi və məktəblərarası yürüş başa çatmışdır.
      06 may 2014-cü il tarixdə Heydər Əliyev mərkəzininin akt zalında Ulu Öndər  Heydər Əliyevin anadan olmasının 91 illiyi  ilə  bağlı “Azərbaycanı dünyaya tanıdan insan” mövzusunda  elmi-praktiki  konfransla  və  müsabiqənin  yekunu ilə bağlı keçirilən tədbirdə YAP rayon təşkilatının şura üzvləri, rayonun idarə müəssisə  rəhbərləri,  ərazi ilk partiya təşkilatlarının sədrləri rayon ağsaqqalları və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər. Tədbirdə  Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi  bir dəqiqəlik sükutla yad olunmuşdur.  Göygöl   rayon İcra Hakimiyyətinin Başçısı cənab Arif Seyidov giriş nitqi söyləyərək,  Ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışmış,  daxili  və  xarici siyasətdə, iqtisadiyyatda  və  ölkə həyatının bütün  sahələrində həyata keçirdiyi  islahatlardan,  yerinə  yetirilən möhtəşəm lahiyələrdən bəhs etmişdir. 
       Tədbirdə YAP  Göygöl  rayon  təşkilatının sədri Turani Əliyev  məruzə  ilə  çıxış edərək Ulu Öndər  Heydər Əliyevin  həyat və fəaliyyətindən, onun  əsasını qoyduğu  gənclər siyasətinin  bu gün cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən,  gənclərə yüksək diqqət və qaygının göstərilməsi və onların gələcək inkişafının dövlət tərəfindən stimullaşdırılmasından, gənclərin problemlərinin həllinə yönələn dövlət proqramlarının  həyata keçirilməsindən, əlverişli təhsil mühitinin yaradılması  və  istedadların  üzə çıxarılmasından,   gənclərin qurub yaratmaq əzminin daha da artmasından  bəhs  etmiş,   göstərilən  dövlət  qayğısının  gənclərimizin  vətənə və xalqa  layiqli övlad olmalarına sövq etməsi haqqında  danışmışdır.   Günümüzün  reallığının  Ulu Öndər Heydər Əliyev ideyalarına  və  milli mənəvi dəyərlərimizə,  vətənimizə,  ana dilimizə, qədim tariximizə  və  millətimizə  sadiq  gənclər yetişdirməyi  və  Müstəqil  Azərbaycanın inkişafına  töhfələr verməyi tələb etdiyini, gənclərin intellektual  potensialının, idmana  və  musiqiyə  olan marağının daha da artırılmasının  qarşıda  duran  əsas  vəzifələrdən  biri  olduğunu qeyd etmişdir.
       Tədbirdə çıxış edən digər natiqlər Ruslan Əliyev və Aygül Əliyeva müstəqilliyimizi  əbədiləşdirən,  bütün  sahələrə  dərindən  bələd olan, uzaqgörən siyasi xadim, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında tarixi xidmətləri, onun siyasi,  iqtisadi  və  mədəni  quruculuq sahəsindəki fəaliyyəti haqqında danışdılar.
     Tədbirin  sonunda  yürüş və müsabiqələrin qalibləri  YAP  Göygöl rayon təşkilatı  tərəfindən diplom  və  qiymətli  hədiyyələrlə  təltif  edilmiş, həmçinin YAP sıralarına yeni üzv olmuş gənclərə partiya biletləri və hədiyyələr təqdim olunmuşdur.
 

 YAP Göygöl rayon təşkilatının sədri: T.H.Əliyev




12.05.2014

Xilaskar

Sən qurub yaradansan,
Xilaskarsan əzəl gündən!
Tanrının verdikləri tək,
Müqəddəsdir sənin töhfən.
Xilas edibsən xalqını, igid oğul
Sənə əhsən!

11.05.2014

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə paytaxtda Gül bayramı təşkil edilmişdir

   Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Heydər Əliyev Sarayının qarşısındakı parkda və sarayın arxasındakı Şəhər Mərkəzi Parkında Gül bayramı keçirilmişdir.    






7.05.2014

İnşa yazı müsabiqəsi qalibləri mükafatlandırılıb


  İnşa yazı müsabiqəsi qalibləri mükafatlandırılıb (24 şəkil)

   Mayın 6-da “Gülüstan” sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə təşkil olunmuş inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.


  Mərasim iştirakçıları əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə əklil və tər çiçəklər qoyublar. Sonra iştirakçılar akademik Zərifə xanım Əliyevanın məzarı önünə gül dəstələri düzüb, həmçinin Şəhidlər xiyabanını ziyarət ediblər.



  Artıq 8-ci dəfədir keçirilən müsabiqə Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən təşkil olunub.



4.05.2014

Heydər Əliyev - 91





Heydər Əliyev - 91

Ulu öndərimiz Heydər Əliyevin 91 illik yubileyinə həsr edirik

Heydər Əliyev - 91






Heydər baba


Bir dahi var yurdumuzda,
Yaşar hər an ruhumuzda,
Vuran qəlbdir qoynumuzda,
Xalqın səsi, Heydər baba!

Özü boyda dünyadır o,
Xalqa kömək arxadır o,
Böyük uca simadır o,
Ulu öndər, Heydər baba!

Xilas edən zəkasıdır,
O bir ağıl dəryasıdır,
Xalqın sevgi dünyasıdır,
Gözümün nuru, Heydər baba!

Ucaların, ucasıdır,
Xalqın böyük dayağıdır,
Qəlbimizin çıragıdır,
Sönməz günəş, Heydər baba!

Millət sevir səni candan,
Ayırmaz bizi Yaradan,
Qəlbimizdə yaşayırsan,
Ölməz insan, Heydər baba!

Mürsəlova Səidə Kamil qızı – Göygöl rayon Üştəpə kənd tam orta məktəbin dil-ədəbiyyat müəllimi