5.06.2015

YAP Göygöl rayon təşkilatı Gənclər Birliyinin növbəti toplantısı keçirilib

Bu gün  YAP Göygöl rayon Təşkilatı Gənclər Birliyinin növbəti toplantısı keçirilib. Toplantıda YAP Göygöl rayon təşkilatının şura  üzvləri, o cümlədən YAP Göygöl rayon təşkilatının Gənclər Birliyinin şura üzvləri, ərazi ilk partiya təşkilatlarının fəal gəncləri və media nümayəndələri iştirak ediblər.
           Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səslənmiş yığıncaq açıq elan olunmuşdur.  YAP Göygöl rayon Təşkilatının sədri Turani Əliyev YAP Gənclər Birliyinin IV Konfransından irəli gələn məsələlərlə bağlı qarşıda duran vəzifələr haqqında  tədbir iştirakçılarına qısa məlumat verərək, məruzə ilə çıxış etmək üçün sözü YAP Göygöl rayon təşkilatının Gənclər Birliyinin sədri Habil İsmayılova verdi. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə layiqincə  həyata keçirilən  dövlət gənclər siyasəti və bu siyasətin uğurlu bəhrələrindən danışan H. İsmayılov qeyd etdi ki, Ümummilli lider Heydər Əliyevin arzuladığı və Prezident İlham Əliyevin görmək istədiyi gənclik artıq tam olaraq formalaşıb.