13.12.2014
21.11.2014
Göygöl rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 22-ci ildönümü qeyd olundu
21 noyabr 2014-cü il tarixdə Göygöl rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 22-ci ildönümü həsr olunmuş tədbir keçirilmişdir.
Rayon təşkilatının sədri Turani Əliyev yığıncağı açaraq tədbir iştirakçılarını salamladı və ildönümü münasibəti ilə təbrik etdi. Sonra geniş məruzə ilə çıxış edərək partiyanın yaranma tarixi ilə bağlı geniş nitq söyləmişdir. YAP-ın yaradılmasının o dövrün tələbi olduğunu deyən T.Əliyev Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yeni siyasi qüvvələrin formalaşmasının zərurətə çevrildiyini vurğulayaraq qeyd etdi ki, həmin dövrdə hakimiyyətdə olanların səriştəsizliyi nəticəsində Azərbaycan uçuruma sürüklənirdi. Ölkədə iqtisadi – siyasi böhran dərinləşir, ayrı-ayrı separatçı silahlı birləşmələr yaradılaraq qanunsuz fəaliyyət göstərir, dövlətə və xalqa qarşı edilən xəyanətlər nəticəsində Azərbaycan nəinki yenicə qazandığı müstəqilliyini itirmək, hətta bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üzləşmişdi. Qarabağ müharibəsinin yaratdığı psixoloji çaşqınlıq, siyasi arenada olan hərc-mərclik, rəhbərsizlik və vətəndaş müharibəsi təhlükəsi xalqı yeni lider, yeni partiya axtarmağa sövq edirdi. Məhz belə bir vaxtda xalqımızın uzaqgörən ziyalıları son ümid yeri və pənahı kimi, Ümummilli Lider Heydər Əliyevə üz tutdu. Bəşəri kamilləşmənin ən yüksək zirvəsində duran, ensiklopedik biliyə, yüksək intellektual və mənəvi potensiala, dərin yaddaşa və möhkəm iradəyə malik, dahi şəxsiyyət olan Ulu Öndər Heydər Əliyev Respublikanın ictimai-siyasi və sosial-iqtisadi cəhətdən son dərəcə ağır vəziyyətdə olduğunu nəzərə alaraq, ziyalıların real və zəruri təklifini qəbul etdi və Yeni Azərbaycan Partiyasının sədri olmağa razılıq verdi.
21.07.2014
27.06.2014
İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü münasibətilə birgə əməliyyat-taktiki təlimləri izləmişdir

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü münasibətilə Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və Dövlət Sərhəd Xidmətinin birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimləri keçirilmişdir.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev birgə əməliyyat-taktiki təlimləri izləmişdir.
26.06.2014
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 96 il ötür

16.06.2014
Milli Qurtuluş günü - 15 iyun
Azərbaycan Milli Qurtuluş günü – Azərbaycan Respublikasında rəsmi bayramlardan biri. 1997-ci ilin 15 iyun günündən bayram elan edilib. 1997-ci ildən qeyd olununan bayrama 1998-ci ildən dövlət statusu verilmişdir.
1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdi. Lakin Ermənistanın işğalçılıq niyyəti güdən təcavüzü respublikada vəziyyəti gərginləşdirirdi.
Vətənin bu ağır dövründə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri olmuş (1969-1982), daha sonra Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev hakimiyyətə qayıtdı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.
1.06.2014
Heydər Əliyev 91 - Təhsil Problemləri İnstitutunda müəllimlərin mükafatlandırılması
Ətraflı:
24.05.2014
13.05.2014
Göygöl rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91 illiyi qeyd edilib
Göygöl rayon İcra Hakimiyyətinin
və YAP Göygöl rayon təşkilatının təşəbbüsü və
təşkilatçılığı ilə 15 aprel
2014-cü ildə Ulu Öndər Heydər Əliyevin abidəsinin ziyarət edilməsi,
əklil və gül dəstələrinin qoyulması
ilə başlanan Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş muğam müsabiqəsi, inşa yazı müsabiqəsi və
məktəblərarası yürüş başa çatmışdır.
06
may 2014-cü il tarixdə Heydər Əliyev mərkəzininin akt zalında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91
illiyi ilə bağlı “Azərbaycanı
dünyaya tanıdan insan” mövzusunda elmi-praktiki
konfransla və müsabiqənin
yekunu ilə bağlı keçirilən tədbirdə YAP rayon təşkilatının şura üzvləri,
rayonun idarə müəssisə rəhbərləri, ərazi ilk partiya təşkilatlarının sədrləri
rayon ağsaqqalları və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak
etmişlər. Tədbirdə Ümummilli Lider
Heydər Əliyevin əziz xatirəsi bir
dəqiqəlik sükutla yad olunmuşdur.
Göygöl rayon İcra Hakimiyyətinin
Başçısı cənab Arif Seyidov giriş nitqi söyləyərək, Ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən
danışmış, daxili və
xarici siyasətdə, iqtisadiyyatda
və ölkə həyatının bütün sahələrində həyata keçirdiyi islahatlardan, yerinə
yetirilən möhtəşəm lahiyələrdən bəhs etmişdir.
Tədbirdə YAP Göygöl rayon
təşkilatının sədri Turani Əliyev
məruzə ilə çıxış edərək Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, onun əsasını qoyduğu gənclər siyasətinin bu gün cənab İlham Əliyev tərəfindən uğurla
davam etdirilməsindən, gənclərə yüksək
diqqət və qaygının göstərilməsi və onların gələcək inkişafının dövlət
tərəfindən stimullaşdırılmasından, gənclərin problemlərinin həllinə yönələn
dövlət proqramlarının həyata
keçirilməsindən, əlverişli təhsil mühitinin yaradılması və
istedadların üzə
çıxarılmasından, gənclərin qurub
yaratmaq əzminin daha da artmasından
bəhs etmiş, göstərilən
dövlət qayğısının gənclərimizin
vətənə və xalqa layiqli övlad
olmalarına sövq etməsi haqqında
danışmışdır. Günümüzün reallığının
Ulu Öndər Heydər Əliyev ideyalarına
və milli mənəvi
dəyərlərimizə, vətənimizə, ana dilimizə, qədim tariximizə və
millətimizə sadiq gənclər yetişdirməyi və
Müstəqil Azərbaycanın inkişafına töhfələr verməyi tələb etdiyini, gənclərin
intellektual potensialının, idmana və
musiqiyə olan marağının daha da
artırılmasının qarşıda duran
əsas vəzifələrdən biri
olduğunu qeyd etmişdir.
Tədbirdə çıxış edən digər natiqlər Ruslan Əliyev və Aygül Əliyeva
müstəqilliyimizi əbədiləşdirən, bütün
sahələrə dərindən bələd olan, uzaqgörən siyasi xadim, Ümummilli
Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında tarixi xidmətləri, onun
siyasi, iqtisadi və
mədəni quruculuq sahəsindəki fəaliyyəti
haqqında danışdılar.
Tədbirin sonunda yürüş və müsabiqələrin qalibləri YAP Göygöl
rayon təşkilatı tərəfindən diplom və
qiymətli hədiyyələrlə təltif
edilmiş, həmçinin YAP sıralarına yeni üzv olmuş gənclərə partiya
biletləri və hədiyyələr təqdim olunmuşdur.
12.05.2014
Xilaskar
Sən qurub yaradansan,
Xilaskarsan əzəl gündən!
Tanrının verdikləri tək,
Müqəddəsdir sənin töhfən.
Xilas edibsən xalqını, igid oğul
Sənə əhsən!
11.05.2014
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə paytaxtda Gül bayramı təşkil edilmişdir
Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Heydər Əliyev Sarayının qarşısındakı parkda və sarayın arxasındakı Şəhər Mərkəzi Parkında Gül bayramı keçirilmişdir.

10.05.2014
Ulu öndər Heydər Əliyevin anadan olmasının 90 və 91 - ci ildönümləri
Göygöl rayonu Ə.məmmədov adına Üçtəpə kənd tam orta məktəbində keçirilən tədbirlər
7.05.2014
İnşa yazı müsabiqəsi qalibləri mükafatlandırılıb

İnşa yazı müsabiqəsi qalibləri mükafatlandırılıb (24 şəkil)
Mayın 6-da “Gülüstan” sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə təşkil olunmuş inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Mərasim iştirakçıları əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə əklil və tər çiçəklər qoyublar. Sonra iştirakçılar akademik Zərifə xanım Əliyevanın məzarı önünə gül dəstələri düzüb, həmçinin Şəhidlər xiyabanını ziyarət ediblər.
Artıq 8-ci dəfədir keçirilən müsabiqə Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən təşkil olunub.
4.05.2014
Heydər baba
Bir dahi
var yurdumuzda,
Yaşar hər
an ruhumuzda,
Vuran qəlbdir
qoynumuzda,
Xalqın səsi,
Heydər baba!
Özü boyda
dünyadır o,
Xalqa kömək
arxadır o,
Böyük uca
simadır o,
Ulu öndər,
Heydər baba!
Xilas edən
zəkasıdır,
O bir ağıl
dəryasıdır,
Xalqın
sevgi dünyasıdır,
Gözümün
nuru, Heydər baba!
Ucaların,
ucasıdır,
Xalqın
böyük dayağıdır,
Qəlbimizin
çıragıdır,
Sönməz günəş,
Heydər baba!
Millət
sevir səni candan,
Ayırmaz
bizi Yaradan,
Qəlbimizdə
yaşayırsan,
Ölməz insan,
Heydər baba!
Mürsəlova Səidə
Kamil qızı – Göygöl rayon Üştəpə kənd tam orta məktəbin dil-ədəbiyyat müəllimi
Kaydol:
Kayıtlar (Atom)