21 noyabr 2014-cü il tarixdə Göygöl rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 22-ci ildönümü həsr olunmuş tədbir keçirilmişdir.
Rayon təşkilatının sədri Turani Əliyev yığıncağı açaraq tədbir iştirakçılarını salamladı və ildönümü münasibəti ilə təbrik etdi. Sonra geniş məruzə ilə çıxış edərək partiyanın yaranma tarixi ilə bağlı geniş nitq söyləmişdir. YAP-ın yaradılmasının o dövrün tələbi olduğunu deyən T.Əliyev Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yeni siyasi qüvvələrin formalaşmasının zərurətə çevrildiyini vurğulayaraq qeyd etdi ki, həmin dövrdə hakimiyyətdə olanların səriştəsizliyi nəticəsində Azərbaycan uçuruma sürüklənirdi. Ölkədə iqtisadi – siyasi böhran dərinləşir, ayrı-ayrı separatçı silahlı birləşmələr yaradılaraq qanunsuz fəaliyyət göstərir, dövlətə və xalqa qarşı edilən xəyanətlər nəticəsində Azərbaycan nəinki yenicə qazandığı müstəqilliyini itirmək, hətta bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üzləşmişdi. Qarabağ müharibəsinin yaratdığı psixoloji çaşqınlıq, siyasi arenada olan hərc-mərclik, rəhbərsizlik və vətəndaş müharibəsi təhlükəsi xalqı yeni lider, yeni partiya axtarmağa sövq edirdi. Məhz belə bir vaxtda xalqımızın uzaqgörən ziyalıları son ümid yeri və pənahı kimi, Ümummilli Lider Heydər Əliyevə üz tutdu. Bəşəri kamilləşmənin ən yüksək zirvəsində duran, ensiklopedik biliyə, yüksək intellektual və mənəvi potensiala, dərin yaddaşa və möhkəm iradəyə malik, dahi şəxsiyyət olan Ulu Öndər Heydər Əliyev Respublikanın ictimai-siyasi və sosial-iqtisadi cəhətdən son dərəcə ağır vəziyyətdə olduğunu nəzərə alaraq, ziyalıların real və zəruri təklifini qəbul etdi və Yeni Azərbaycan Partiyasının sədri olmağa razılıq verdi.

Yeni Azərbaycan Partiyası möhtəşəm bir güc mərkəzi kimi Azərbaycanın siyasi həyatına daxil oldu və Heydər Əliyevin ideaları ətrafında birləşən qüvvələrin fəaliyyəti daha da mütəşəkkil xarakter aldı.
Yeni Azərbaycan Partiyası ölkənin ictimai-siyasi həyatına məhz Heydər Əliyev partiyası kimi daxil olması cəmiyyətimizdə bu partiyanın yerini müəyyənləşdirən ən başlıca amil idi. Qısa bir müddətdə Azərbaycanın əksər bölgələrində partiyanın yerli təşkilatları yaradıldı.Ulu Öndər Heydər Əliyevin 1993-cü ildən başlanan ölkənin mərhələli inkişaf konsepsiyası uğurla həyata keçirilmişdir və bu gün də ölkə prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.
Respublikamız yüksək inkişaf edərək regionun iqtisadi güc mərkəzinə çevrilmiş, beynəlxalq münasibətlərdə mövqeyini daha da möhkəmləndirərək, dünya siyasi arenasında özünə məxsus yer tutmuşdur.
Azərbaycanın sürətlə inkişaf etməsi, beynəlxalq aləmdə layiqli yer tutması Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi yolun əsas nəticəsi kimi qeyd edilməlidir. Çünki, əldə olunan bütün uğurlarda, Yeni Azərbaycan Partiyasının xüsusi rolu olmuşdur.
Danılmaz faktdır ki, bu gün ölkəmizdə 630 mindən çox üzvü olan Yeni Azərbaycan Partiyası ilə rəqabət apara biləcək ikinci bir siyasi partiya yoxdur və bu partiya Müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında layiqli yer tutaraq ölkəni yeni qələbələrə doğru inamla aparır.
Görülən işlərin nəticələri onu göstərir ki, getdikcə uğurlarımız daha böyük olacaqdır. Qarşıda bizi daha ciddi sınaqlar, fəth olunmalı daha yüksək zirvələr gözləyir. Bu gün bizlərin, hər bir partiya üzvünün üzərinə çox böyük vəzifələr düşür.
Rayon təşkilatının sədri bu şərəfli yolda yığıncaq iştirakçılarına uğurlar arzu edərək, Yeni Azərbaycan Partiyasının yaranmasının 22-ci il dönümü münasibəti ilə bir daha səmimi qəlbdən təbrik etmişdir.
Tədbirdə həmçinin YAP Göygöl rayon təşkilatının sədr müavini Vüqar İsayev, təşkilatın aparat rəhbəri Rəşad Veysov, Qadınlar Şurasının sədri Nuranə Quliyeva, YAP Göygöl rayon təşkilatının Gənclər Birliyinin sədri Elşən Məmmədov, veteran YAP-çı Aliq Abbasov çıxış edərək görülən işlərdən, qarşıda duran vəzifələrdən və işin səmərəliliyinin daha da artırılması üçün üsul və metodlardan danışmışlar.
Tədbirin sonunda rayon İcra Hakimiyyətinin Başçısı cənab Arif Seyidov öz dəyərli fikir və tövsiyyələrini yığıncaq iştirakçıları ilə bölüşərək, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun Respublika Prezidenti Cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi nəticəsində, Respublikamızın bu günki sürətli inkişafından və gələcəkdə yeni-yeni uğurlara imza atılacağından danışmış, ölkəmizin hərtərəfli inkişafında YAP – ın xüsusi rolunun olduğunu qeyd etmiş, partiya həyatında fəal iştirak edən partiya üzvləri fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunmuş, yeni üzvlərə üzvlük vəsiqələri və hədiyyələr təqdim edilmişdir.
Yeni Azərbaycan Partiyası ölkənin ictimai-siyasi həyatına məhz Heydər Əliyev partiyası kimi daxil olması cəmiyyətimizdə bu partiyanın yerini müəyyənləşdirən ən başlıca amil idi. Qısa bir müddətdə Azərbaycanın əksər bölgələrində partiyanın yerli təşkilatları yaradıldı.
YAP Göygöl rayon
təşkilatının aparat rəhbəri: R.S.Veysov