21.11.2014

Göygöl rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 22-ci ildönümü qeyd olundu

21 noyabr 2014-cü il  tarixdə  Göygöl rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının   22-ci  ildönümü  həsr olunmuş tədbir keçirilmişdir.    
      
Rayon təşkilatının sədri Turani Əliyev yığıncağı açaraq tədbir iştirakçılarını salamladı və ildönümü  münasibəti ilə təbrik etdi. Sonra geniş məruzə ilə çıxış edərək  partiyanın yaranma tarixi ilə bağlı geniş  nitq  söyləmişdir. YAP-ın yaradılmasının o dövrün tələbi olduğunu deyən T.Əliyev Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yeni siyasi qüvvələrin formalaşmasının zərurətə çevrildiyini  vurğulayaraq qeyd  etdi ki,  həmin dövrdə  hakimiyyətdə  olanların  səriştəsizliyi nəticəsində Azərbaycan uçuruma sürüklənirdi.  Ölkədə iqtisadi – siyasi  böhran  dərinləşir,  ayrı-ayrı  separatçı silahlı birləşmələr  yaradılaraq  qanunsuz  fəaliyyət göstərir, dövlətə  və xalqa  qarşı edilən xəyanətlər  nəticəsində Azərbaycan nəinki yenicə qazandığı müstəqilliyini itirmək, hətta  bir  dövlət  kimi dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üzləşmişdi.    Qarabağ  müharibəsinin  yaratdığı  psixoloji  çaşqınlıq,   siyasi arenada  olan  hərc-mərclik,  rəhbərsizlik  və   vətəndaş müharibəsi  təhlükəsi  xalqı  yeni  lider,  yeni  partiya  axtarmağa  sövq  edirdi.     Məhz  belə  bir  vaxtda  xalqımızın  uzaqgörən  ziyalıları  son  ümid  yeri və  pənahı  kimi,   Ümummilli  Lider  Heydər  Əliyevə üz  tutdu.     Bəşəri  kamilləşmənin  ən yüksək  zirvəsində  duran,  ensiklopedik  biliyə, yüksək  intellektual  və  mənəvi  potensiala,  dərin  yaddaşa  və  möhkəm  iradəyə  malik,   dahi  şəxsiyyət  olan  Ulu  Öndər   Heydər  Əliyev  Respublikanın  ictimai-siyasi  və sosial-iqtisadi  cəhətdən   son  dərəcə  ağır  vəziyyətdə  olduğunu  nəzərə  alaraq,  ziyalıların   real  və zəruri  təklifini  qəbul  etdi  və   Yeni Azərbaycan Partiyasının  sədri  olmağa  razılıq  verdi.