Bu gün YAP Göygöl rayon Təşkilatı Gənclər Birliyinin III hesabat-seçki konfransı keçirilib. Konfransda Göygöl rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Seyidov, Ekalogiya Təbii sərvətlər nazirinin müavini, YAP siyasi şuranın üzvü cənab Firdovsi Əliyev, YAP Mərkəzi Aparatının məsul işçisi Rafael Gülməmmədov, YAP Göygöl rayon Təşkilatının sədri Turani Əliyev, fəal gənclər və media nümayəndələri iştirak ediblər.
Turani Əliyev konfransın mühüm tarixi bir dövrə təsadüf etdiyini, gəncəlilərin son 4 ilin möhtəşəm nailiyyətlərinin sevinci ilə yaşadığını, Azərbaycan Respublikasının Prezidenti, gənclərin hər zaman dostu cənab İlham Əliyevin Göygöl rayonuna və göygöllülərə sonsuz diqqət və qayğı göstərdiyini, dövlət rəhbərinin rayona tarixi səfərləri hər bir rayon sakininə böyük qürur hissi bəxş etdiyini, əldə olunan qələbələrin başlıca stimulu olduğunu bildirib. Cənab İlham Əliyevin bütün göstəriş və tapşırıqlarının Göygöl rayon rəhbərliyinin yüksək təşkilatçılığı ilə yerinə yetirildiyini diqqətə çatdırıb, rayonun inkişaf və tərəqqisində gənclərin geniş fəallığına xüsusi önəm verildiyini vurğulayıb.