29.04.2023
8.04.2023
2.04.2023
Məqalə böyük siyasətçi, uzaqgörən dövlət xadımı, şəxsiyyəti, ishetdadı və siyasi fəaliyyəti ilə milyonların sevimlisi olan Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunur.
Bizlər Ulu Öndərin məqalələrini oxuyub, çıxışlarını dinləyərək böyüdük. Doğmamız kimi sevdik, hörmət etdik. O böyük şəxsiyyət, Azərbaycan Dövləti üçün əvəzedilməz siyasi xadim idi.
Atam həmişə SSRİ kommnist partiyasında Heydər Əliyev kimi güclü şəxsiyyətin varlığının ölkəmiz üçün böyük əhəmiyyəti olduğunu deyirdi. Bərabərlik, dostluq və qardaşlıq ideyası təblığ olunan imperiyada erməni xəyanətinin, kinin azalmamasını qeyd edirdi.
Azərbaycanın ağır günlərində Ulu Öndərin millətimizə, dövlətimizə sahib çıxması milyonlar kimi mənim də ürəyimdə ümid işığı yandırdı. Onun az müddətdə dövləti dircəltməsini, çıxışlarında:
- Torpaqlarımıza qayıdacayıq! - deməsini heç vaxt unutmadım.
Zamanla gördük ki imzaladığı müqavilələr, apardığı siyasət ölkənin gələcəyinə hesablanmışdır. Bunlardan biri “Əsrin müqaviləsi” idi.
Onun apardığı siyasətin nəticəsi idi ki, Ali Baş Komandanın rəhbərliyi ilə ölkəmiz gücünü, qüdrətini 44 günlük müharibədə bütün dünyaya göstərdi. Dosta sevinc, düşmənə göz dağı verdi.
Bəli dövləti qoruyan, onu irəli aparan güclü, uzaqgörən dövlət başçısı və igid xalqıdır. Ulu Öndər məhz belə dövlət başçısı idi. Biz xoşbəxtik ki onun siyasi kursunu cənab Prezident İlham Əliyev davam etdirir. Azərbaycan Dövlətinin qəhrəmanlıq səlnaməsini yenidən yazır.
Prezidentimizə arxa-dayaq olan qəhraman xalqımızla, böyük Türk Dünyası ilə fəxr edirik! Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik!
Ulu Öndər, yeriniz cənnət, ruhunuz şad olsun! 100 yaşınız mübarək!
Müəllif: Nurlan Quliyeva
10.05.2016
5.06.2015
YAP Göygöl rayon təşkilatı Gənclər Birliyinin növbəti toplantısı keçirilib
Bu gün YAP Göygöl rayon Təşkilatı Gənclər Birliyinin növbəti toplantısı keçirilib. Toplantıda YAP Göygöl rayon təşkilatının şura üzvləri, o cümlədən YAP Göygöl rayon təşkilatının Gənclər Birliyinin şura üzvləri, ərazi ilk partiya təşkilatlarının fəal gəncləri və media nümayəndələri iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səslənmiş yığıncaq açıq elan olunmuşdur. YAP Göygöl rayon Təşkilatının sədri Turani Əliyev YAP Gənclər Birliyinin IV Konfransından irəli gələn məsələlərlə bağlı qarşıda duran vəzifələr haqqında tədbir iştirakçılarına qısa məlumat verərək, məruzə ilə çıxış etmək üçün sözü YAP Göygöl rayon təşkilatının Gənclər Birliyinin sədri Habil İsmayılova verdi. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə layiqincə həyata keçirilən dövlət gənclər siyasəti və bu siyasətin uğurlu bəhrələrindən danışan H. İsmayılov qeyd etdi ki, Ümummilli lider Heydər Əliyevin arzuladığı və Prezident İlham Əliyevin görmək istədiyi gənclik artıq tam olaraq formalaşıb.
20.05.2015
HEYDƏR ƏLİYEV – 92
Ucaltdı hər
yerdə bayrağımızı
Yazdı tarixlərə
ad – şanımızı
Tanıtdı
dünyaya varlığımızı
Ulu bir sərkəndə,
ulu bir öndər.
Ümummilli lider H.Əliyevin anadan
olmasının 92 – ci ildönümü ilə əlaqədar YAP Göygöl Rayon Təşkilatı və Göygöl
Rayon Təhsil Şöbəsi məktəblilər arasında bir sıra silsilə tədbirlər
keçirmişdir.
06 mart 2015 – ci il tarixdə şəhər 1
saylı tam orta məktəbdə “H.Əliyevin ömür və tale yolları” mövzusunda məktəbdə
inşa müsabiqəsi keçirilmişdir. Müsabiqəyə 96 nəfər şagird qatılmışdır.
İştirakçılar arasında I yerə Balçılıkənd 1 saylı tam orta məktəbin X sinif
şagirdi Məlikzadə Aysel Akif qızı layiq görülmüşdür.
10.05.2015
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
http://president.az/articles/15101#
Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü günüdür. Qədirbilən Azərbaycan xalqı, bütün dünyada Heydər Əliyevi tanıyanlar və sevənlər on ikinci ildir ki, bu dahi şəxsiyyətin doğum gününü onsuz qeyd edirlər.
Ulu Öndər Heydər Əliyev və Azərbaycanda vergi siyasəti
05 may 2015-ci il tarixində Göygöl rayonunda Göygöl Rayon Təhsil Şöbəsinin əməkdaşlarının, 12 saylı Ərazi Vergilər Departamentinin əməkdaşlarının, Vergi Dostları şəbəkəsinin üzvlərinin iştirakı ilə Göygöl şəhəri 1№li tam orta məktəbdə “Vergi uşaqların gözü ilə” adlı layihə çərçivəsində tədbir keçirilmişdır.

Vergi uşaqların gözü ilə on PhotoPeach
8.05.2015
Göygöl rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92 illiyi qeyd edilib

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatının akt zalında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92 illiyi ilə bağlı “Xalqa bağışlanan ömür” adlı videoçarxı nümayiş olunmaqla və silsilə tədbirləri ilə bağlı keçirilən tədbirdə YAP rayon təşkilatının şura üzvləri, rayonun idarə müəssisə rəhbərləri, ərazi ilk partiya təşkilatlarının sədrləri rayon ağsaqqalları və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər. Tədbirdə
Kaydol:
Kayıtlar (Atom)