Göygöl rayon İcra Hakimiyyətinin və YAP Göygöl rayon təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə 24 aprel 2015-ci ildə Ulu Öndər Heydər Əliyevin abidəsinin ziyarət edilməsi, əklil və gül dəstələrinin qoyulması ilə başlanan Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş inşa yazı müsabiqəsi, məktəblərarası yürüş və məktəblərarası futbol idman növü uzrə yarışları başa çatmışdır. Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatının akt zalında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92 illiyi ilə bağlı “Xalqa bağışlanan ömür” adlı videoçarxı nümayiş olunmaqla və silsilə tədbirləri ilə bağlı keçirilən tədbirdə YAP rayon təşkilatının şura üzvləri, rayonun idarə müəssisə rəhbərləri, ərazi ilk partiya təşkilatlarının sədrləri rayon ağsaqqalları və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər. Tədbirdə
Tədbirin sonunda müsabiqə və idman yarışlarının qalibləri YAP Göygöl rayon təşkilatı tərəfindən kubok, diplom, qiymətli xatirə hədiyyələri ilə təltif edilmiş, həmçinin YAP sıralarına yeni üzv olmuş gənclərə partiya biletləri və hədiyyələr təqdim olunmuşdur.
YAP Göygöl rayon təşkilatı
Aparat rəhbəri: Rəşad Veysov