21 aprel 2015-ci il tarixdə Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının ərazi ilk partiya təşkilatı Texniki Peşə məktəbində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə “ Heydər Əliyev
müstəqil Azərbaycan dövlətinin qurucusudur” mövzusunda dəyirmi
masa təşkil edilmişdir.
Tədbirə Göygöl rayon İcra Hakimiyyətindən, YAP Göygöl rayon təşkilatından, Göygöl rayon Gənclər və İdman idarəsindən nümayəndələr dəvət edilmişdir. Dəyirmi masada məktəbin mühəndis- pedaqoji işçiləri ilə yanaşı təhsildə və məktəbin ictimai işlərində fəal olan şagirdlər də iştirak edirdi.
Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sьkutla yad edilmiєdir. Tədbiri açan məktəbin direktoru Qüdrət Nağıyev Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında danışıqdan sonra videoçarx nümayiş etdirildi. Psixoloq Sevinc Hacıyeva “ Bənzərsiz və əvəzsiz şəxsiyyət”, Gənclərin çağırışaqədərki hazırlıq rəhbəri Eyvaz Əkbərov “Heydər Əliyev silahlı qüvvələr və gənclərin hərbi vətənpərvərlik haqqında”, fiziki tərbiyə rəhbəri Təhminə Əliyeva “ Heydər Əliyev Azərbaycan gəncliyinin qürur simvolu” , müəllim Raisa Abdullayeva “Heydər Əliyev və milli- mənəvi dəyərlərimiz” mövzusunda çıxış etdilər.