Aprelin 18-də Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatı görkəmli oftolmoloq alim, akademik Zərifə xanım Əliyevanın 92 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə əvvəlcə görkəmli alimin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. YAP Göygöl rayon təşkilatının sədr müavini, Qadınlar Şurasının sədri Nuranə Quliyeva tədbiri açaraq istedadlı alim, bacarıqlı pedaqoq, qayğıkeş və sevimli qadın, mehriban ana olan Zərifə Əliyevanın həyatı və fəaliyyəti barədə geniş məlumat vermişdir. Bildirilmişdir ki, 1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirən, Moskva Həkimləri Təkmilləşdirmə İnstitutunda oftolmologiya üzrə təhsilini davam etdirən Zərifə xanım Əliyevanın elmi tədqiqatlara olan sonsuz marağı onu Azərbaycan Oftolmologiya Elmi Tədqiqat İnstitutuna gətirib çıxarmışdır. Zərifə Əliyeva 150-dən artıq elmi əsərin, 10 monoqrafiyanın müəllifidir. Görkəmli alim məşğul olduğu elm sahəsi üzrə 12 səmərələşdirmə təklifi irəli sürmüşdür.
YAP Göygöl rayon təşkilatının sədr müavini Vüqar İsayev, YAP Göygöl rayon təşkilatının aparat rəhbəri Rəşad Veysov dünya şöhrətli oftalmoloqun respublikamızda tibb elminin inkişafına əvəzolunmaz töhfələr verdiyini, elmi-pedaqoji və ictimai fəaliyyəti ilə həkimlərin yeni nəslinin yetişməsində və Azərbaycanda oftalmologiya elminin inkişafında böyük xidmətləri olduğunu vurğulamışlar.
Qeyd edilmişdir ki, gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın xatirəsi xalqımız tərəfindən hər zaman əziz tutulacaqdır.
YAP Göygöl rayon təşkilatının
Aparat rəhbəri: Rəşad Veysov
YAP Göygöl rayon təşkilatının
Aparat rəhbəri: Rəşad Veysov