20.05.2015

HEYDƏR ƏLİYEV – 92


 Ucaltdı hər yerdə bayrağımızı
Yazdı tarixlərə ad – şanımızı
Tanıtdı dünyaya varlığımızı
Ulu bir sərkəndə, ulu bir öndər.

      Ümummilli lider H.Əliyevin anadan olmasının 92 – ci ildönümü ilə əlaqədar YAP Göygöl Rayon Təşkilatı və Göygöl Rayon Təhsil Şöbəsi məktəblilər arasında bir sıra silsilə tədbirlər keçirmişdir.
       06 mart 2015 – ci il tarixdə şəhər 1 saylı tam orta məktəbdə “H.Əliyevin ömür və tale yolları” mövzusunda məktəbdə inşa müsabiqəsi keçirilmişdir. Müsabiqəyə 96 nəfər şagird qatılmışdır. İştirakçılar arasında I yerə Balçılıkənd 1 saylı tam orta məktəbin X sinif şagirdi Məlikzadə Aysel Akif qızı layiq görülmüşdür.

10.05.2015

İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib

http://president.az/articles/15101#



Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü günüdür. Qədirbilən Azərbaycan xalqı, bütün dünyada Heydər Əliyevi tanıyanlar və sevənlər on ikinci ildir ki, bu dahi şəxsiyyətin doğum gününü onsuz qeyd edirlər. 

Ulu Öndər Heydər Əliyev və Azərbaycanda vergi siyasəti


   05 may 2015-ci il tarixində Göygöl rayonunda Göygöl Rayon Təhsil Şöbəsinin əməkdaşlarının, 12 saylı Ərazi Vergilər Departamentinin əməkdaşlarının, Vergi Dostları şəbəkəsinin üzvlərinin iştirakı ilə Göygöl şəhəri 1№li tam orta məktəbdə “Vergi uşaqların gözü ilə” adlı layihə çərçivəsində tədbir keçirilmişdır. 
    Tədbiri giriş sözü ilə tədbiri açan 12 saylı ƏVD – nin  əməkdaşı Azər Məmmədov Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda apardığı vergi siyasətindən danışdı. O qeyd etdi ki, müstəqil Azәrbaycanın ilk vergi orqanı olaraq Maliyyә Nazirliyinin tәrkibindә             1990-cı ilin iyul ayında yaradılmış Baş Dövlәt Vergi Müfәttişliyi Ulu öndərin təşəbbüsü ilə 2000-ci il 11 fevral tarixli Fәrmanla lәğv edilmiş, onun bazasında ölkәdә dövlәtin vergi siyasәtinin hәyata keçirilmәsini, dövlәt büdcәsinә vergilәrin vә digәr daxilolmaların vaxtında vә tam yığılmasını tәmin edәn vә bu sahәdә dövlәt nәzarәtini hәyata keçirәn mәrkәzi icra hakimiyyәti orqanı kimi Vergilәr Nazirliyi yaradılmışdır. Bu gün Ulu Öndərin vergi siyasətini onu layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla davam etdirir. 


Vergi uşaqların gözü ilə on PhotoPeach


8.05.2015

Göygöl rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92 illiyi qeyd edilib

Göygöl rayon  İcra Hakimiyyətinin və YAP Göygöl rayon təşkilatının təşəbbüsü və   təşkilatçılığı  ilə  24 aprel  2015-ci ildə  Ulu Öndər  Heydər Əliyevin abidəsinin ziyarət edilməsi, əklil və gül dəstələrinin qoyulması  ilə  başlanan Ümummilli Lider  Heydər Əliyevin  əziz xatirəsinə həsr olunmuş   inşa yazı müsabiqəsi, məktəblərarası yürüş və məktəblərarası futbol idman növü uzrə yarışları başa çatmışdır. 

   Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatının  akt zalında Ulu Öndər  Heydər Əliyevin anadan olmasının 92 illiyi  ilə  bağlı “Xalqa bağışlanan ömür”  adlı videoçarxı  nümayiş olunmaqla və  silsilə tədbirləri  ilə bağlı keçirilən tədbirdə YAP rayon təşkilatının şura üzvləri, rayonun idarə müəssisə  rəhbərləri,  ərazi ilk partiya təşkilatlarının sədrləri rayon ağsaqqalları və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər. Tədbirdə  

6.05.2015


5.05.2015

Heydər Əliyevin anadan olmasının 92 illiyilə əlaqədar Göygöl rayonunda silsilə tədbirlər davam etdirilir


YAP Göygöl rayon təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə  Ulu Öndər Heydər Əliyevin anadan olmasının  92 illiyi münasibətilə aprel ayının 24-dən başlanan silsilə tədbirlər bu gün  idmanda kütləviliyin artırılması məqsədini əsas tutaraq   rayon  ümumtəhsil məktəbləri  arasında futbol idman növü ilə davam etdirilir. 

4.05.2015

Heydər Əliyevin anadan olmasının 92 illiyilə əlaqədar Göygöl rayonunda silsilə tədbirlər davam etdirilir

YAP Göygöl rayon təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə  Ulu Öndər Heydər Əliyevin anadan olmasının  92 illiyi münasibətilə aprel ayının 24-dən başlanan silsilə tədbirlər bu gün  idmanda kütləviliyin artırılması məqsədini əsas tutaraq rayon idmançıları arasında ümumrayon yürüşü ilə davam etdirilir.  Tədbiri giriş sözü ilə açan YAP Göygöl rayon təşkilatının sədri Turani Əliyev Ulu Öndər  Heydər Əliyevin  həyat və fəaliyyətindən, onun  əsasını qoyduğu  gənclər siyasətinin  bu gün cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən,  gənclərə yüksək diqqət və qaygının göstərilməsi və onların