5.06.2015

YAP Göygöl rayon təşkilatı Gənclər Birliyinin növbəti toplantısı keçirilib

Bu gün  YAP Göygöl rayon Təşkilatı Gənclər Birliyinin növbəti toplantısı keçirilib. Toplantıda YAP Göygöl rayon təşkilatının şura  üzvləri, o cümlədən YAP Göygöl rayon təşkilatının Gənclər Birliyinin şura üzvləri, ərazi ilk partiya təşkilatlarının fəal gəncləri və media nümayəndələri iştirak ediblər.
           Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səslənmiş yığıncaq açıq elan olunmuşdur.  YAP Göygöl rayon Təşkilatının sədri Turani Əliyev YAP Gənclər Birliyinin IV Konfransından irəli gələn məsələlərlə bağlı qarşıda duran vəzifələr haqqında  tədbir iştirakçılarına qısa məlumat verərək, məruzə ilə çıxış etmək üçün sözü YAP Göygöl rayon təşkilatının Gənclər Birliyinin sədri Habil İsmayılova verdi. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə layiqincə  həyata keçirilən  dövlət gənclər siyasəti və bu siyasətin uğurlu bəhrələrindən danışan H. İsmayılov qeyd etdi ki, Ümummilli lider Heydər Əliyevin arzuladığı və Prezident İlham Əliyevin görmək istədiyi gənclik artıq tam olaraq formalaşıb.
     

20.05.2015

HEYDƏR ƏLİYEV – 92


 Ucaltdı hər yerdə bayrağımızı
Yazdı tarixlərə ad – şanımızı
Tanıtdı dünyaya varlığımızı
Ulu bir sərkəndə, ulu bir öndər.

      Ümummilli lider H.Əliyevin anadan olmasının 92 – ci ildönümü ilə əlaqədar YAP Göygöl Rayon Təşkilatı və Göygöl Rayon Təhsil Şöbəsi məktəblilər arasında bir sıra silsilə tədbirlər keçirmişdir.
       06 mart 2015 – ci il tarixdə şəhər 1 saylı tam orta məktəbdə “H.Əliyevin ömür və tale yolları” mövzusunda məktəbdə inşa müsabiqəsi keçirilmişdir. Müsabiqəyə 96 nəfər şagird qatılmışdır. İştirakçılar arasında I yerə Balçılıkənd 1 saylı tam orta məktəbin X sinif şagirdi Məlikzadə Aysel Akif qızı layiq görülmüşdür.

10.05.2015

İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib

http://president.az/articles/15101#



Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü günüdür. Qədirbilən Azərbaycan xalqı, bütün dünyada Heydər Əliyevi tanıyanlar və sevənlər on ikinci ildir ki, bu dahi şəxsiyyətin doğum gününü onsuz qeyd edirlər. 

Ulu Öndər Heydər Əliyev və Azərbaycanda vergi siyasəti


   05 may 2015-ci il tarixində Göygöl rayonunda Göygöl Rayon Təhsil Şöbəsinin əməkdaşlarının, 12 saylı Ərazi Vergilər Departamentinin əməkdaşlarının, Vergi Dostları şəbəkəsinin üzvlərinin iştirakı ilə Göygöl şəhəri 1№li tam orta məktəbdə “Vergi uşaqların gözü ilə” adlı layihə çərçivəsində tədbir keçirilmişdır. 
    Tədbiri giriş sözü ilə tədbiri açan 12 saylı ƏVD – nin  əməkdaşı Azər Məmmədov Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda apardığı vergi siyasətindən danışdı. O qeyd etdi ki, müstəqil Azәrbaycanın ilk vergi orqanı olaraq Maliyyә Nazirliyinin tәrkibindә             1990-cı ilin iyul ayında yaradılmış Baş Dövlәt Vergi Müfәttişliyi Ulu öndərin təşəbbüsü ilə 2000-ci il 11 fevral tarixli Fәrmanla lәğv edilmiş, onun bazasında ölkәdә dövlәtin vergi siyasәtinin hәyata keçirilmәsini, dövlәt büdcәsinә vergilәrin vә digәr daxilolmaların vaxtında vә tam yığılmasını tәmin edәn vә bu sahәdә dövlәt nәzarәtini hәyata keçirәn mәrkәzi icra hakimiyyәti orqanı kimi Vergilәr Nazirliyi yaradılmışdır. Bu gün Ulu Öndərin vergi siyasətini onu layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla davam etdirir. 


Vergi uşaqların gözü ilə on PhotoPeach


8.05.2015

Göygöl rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92 illiyi qeyd edilib

Göygöl rayon  İcra Hakimiyyətinin və YAP Göygöl rayon təşkilatının təşəbbüsü və   təşkilatçılığı  ilə  24 aprel  2015-ci ildə  Ulu Öndər  Heydər Əliyevin abidəsinin ziyarət edilməsi, əklil və gül dəstələrinin qoyulması  ilə  başlanan Ümummilli Lider  Heydər Əliyevin  əziz xatirəsinə həsr olunmuş   inşa yazı müsabiqəsi, məktəblərarası yürüş və məktəblərarası futbol idman növü uzrə yarışları başa çatmışdır. 

   Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatının  akt zalında Ulu Öndər  Heydər Əliyevin anadan olmasının 92 illiyi  ilə  bağlı “Xalqa bağışlanan ömür”  adlı videoçarxı  nümayiş olunmaqla və  silsilə tədbirləri  ilə bağlı keçirilən tədbirdə YAP rayon təşkilatının şura üzvləri, rayonun idarə müəssisə  rəhbərləri,  ərazi ilk partiya təşkilatlarının sədrləri rayon ağsaqqalları və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər. Tədbirdə  

6.05.2015


5.05.2015

Heydər Əliyevin anadan olmasının 92 illiyilə əlaqədar Göygöl rayonunda silsilə tədbirlər davam etdirilir


YAP Göygöl rayon təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə  Ulu Öndər Heydər Əliyevin anadan olmasının  92 illiyi münasibətilə aprel ayının 24-dən başlanan silsilə tədbirlər bu gün  idmanda kütləviliyin artırılması məqsədini əsas tutaraq   rayon  ümumtəhsil məktəbləri  arasında futbol idman növü ilə davam etdirilir. 

4.05.2015

Heydər Əliyevin anadan olmasının 92 illiyilə əlaqədar Göygöl rayonunda silsilə tədbirlər davam etdirilir

YAP Göygöl rayon təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə  Ulu Öndər Heydər Əliyevin anadan olmasının  92 illiyi münasibətilə aprel ayının 24-dən başlanan silsilə tədbirlər bu gün  idmanda kütləviliyin artırılması məqsədini əsas tutaraq rayon idmançıları arasında ümumrayon yürüşü ilə davam etdirilir.  Tədbiri giriş sözü ilə açan YAP Göygöl rayon təşkilatının sədri Turani Əliyev Ulu Öndər  Heydər Əliyevin  həyat və fəaliyyətindən, onun  əsasını qoyduğu  gənclər siyasətinin  bu gün cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən,  gənclərə yüksək diqqət və qaygının göstərilməsi və onların

23.04.2015

Göygöldə görkəmli oftalmoloq-alim akademik Zərifə Əliyevanın xatirəsi anılıb!

Göygöldə  görkəmli oftalmoloq-alim akademik Zərifə Əliyevanın xatirəsi anılıb! Yeni Azərbaycan Partiyası  (YAP) Göygöl rayon təşkilatinın Mərkəzi rayon xəstəxanası ilk partiya təşkilatında görkəmli oftalmoloq –alim Zərifə xanım Əliyevanın anadan olmasının 92 –ci   ildönümünə 
həsr olunmuş  elmi-proktik  konfrans keçirilib .

    Tədbir  iştirakçıları əvvəlcə görkəmli oftalmoloq –alimin xatirəsini bir dəqiqəlik sükütla yad  ediblər. 
Tədbirdə  Mərkəzi  rayon xəstəxanasının baş həkim müavini Eldar Muradov,  YAP  Göygöl rayon təşkilatının sədr müavini Nuranə Quliyeva və YAP  Göygöl rayon təşkilatının təlimatçısı Zamir Hüseynov iştirak edirdilər. 

21.04.2015

Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur

   21 aprel 2015-ci il tarixdə Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının ərazi ilk partiya təşkilatı Texniki  Peşə məktəbində Ümummilli Lider Heydər Əliyevin  anadan olmasının 92-ci ildönümü münasibətilə “ Heydər Əliyev
 müstəqil Azərbaycan dövlətinin qurucusudur” mövzusunda dəyirmi 
masa təşkil edilmişdir.

        Tədbirə Göygöl rayon İcra Hakimiyyətindən, YAP Göygöl rayon təşkilatından, Göygöl rayon  Gənclər və  İdman idarəsindən  nümayəndələr dəvət edilmişdir. Dəyirmi masada  məktəbin mühəndis- pedaqoji  işçiləri ilə yanaşı təhsildə  və məktəbin  ictimai işlərində fəal  olan şagirdlər də iştirak edirdi.
      Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sьkutla yad edilmiєdir.  Tədbiri açan məktəbin direktoru Qüdrət Nağıyev Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında danışıqdan sonra videoçarx nümayiş etdirildi. Psixoloq    Sevinc Hacıyeva “ Bənzərsiz və əvəzsiz şəxsiyyət”, Gənclərin çağırışaqədərki hazırlıq rəhbəri Eyvaz Əkbərov  “Heydər Əliyev  silahlı qüvvələr və gənclərin hərbi vətənpərvərlik haqqında”, fiziki  tərbiyə rəhbəri Təhminə Əliyeva “ Heydər Əliyev Azərbaycan gəncliyinin qürur simvolu” , müəllim Raisa Abdullayeva “Heydər Əliyev və milli- mənəvi dəyərlərimiz” mövzusunda çıxış etdilər.

Göygöl rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 92 illiyi qeyd edilib

Aprelin 18-də Yeni Azərbaycan Partiyası  (YAP)  Göygöl  rayon  təşkilatı görkəmli oftolmoloq alim, akademik Zərifə xanım Əliyevanın 92 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.

Tədbirdə əvvəlcə görkəmli alimin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. YAP Göygöl rayon təşkilatının sədr müavini, Qadınlar Şurasının sədri Nuranə Quliyeva tədbiri açaraq istedadlı alim, bacarıqlı pedaqoq, qayğıkeş və sevimli qadın, mehriban ana olan Zərifə Əliyevanın həyatı və fəaliyyəti barədə geniş məlumat vermişdir. Bildirilmişdir ki, 1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirən, Moskva Həkimləri Təkmilləşdirmə İnstitutunda oftolmologiya üzrə təhsilini davam etdirən Zərifə xanım Əliyevanın elmi tədqiqatlara olan sonsuz marağı onu Azərbaycan Oftolmologiya Elmi Tədqiqat İnstitutuna gətirib çıxarmışdır. Zərifə Əliyeva 150-dən artıq elmi əsərin, 10 monoqrafiyanın müəllifidir. Görkəmli alim məşğul olduğu elm sahəsi üzrə 12 səmərələşdirmə təklifi irəli sürmüşdür.

13.03.2015

YAP Göygöl rayon təşkilatı Gənclər Birliyinin III Hesabat - Seçki konfransı keçirilib

    Bu gün  YAP Göygöl rayon Təşkilatı Gənclər Birliyinin III hesabat-seçki konfransı keçirilib. Konfransda Göygöl rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Seyidov, Ekalogiya Təbii sərvətlər nazirinin müavini, YAP siyasi şuranın üzvü cənab Firdovsi Əliyev,  YAP Mərkəzi Aparatının məsul işçisi Rafael Gülməmmədov, YAP Göygöl rayon  Təşkilatının sədri Turani  Əliyev, fəal gənclər və media nümayəndələri iştirak ediblər.
      Tədbiri giriş sözü ilə  YAP Göygöl rayon Təşkilatının sədri Turani Əliyev açaraq, konfrans iştirakçılarını  və qonaqları salamlayıb, tədbirdə 115 nəfər nümayəndədən 112 nəfərinin iştirak etdiyini bildirib və konfransın işinə uğurlar arzulayıb.
      Turani Əliyev  konfransın mühüm tarixi bir dövrə təsadüf  etdiyini, gəncəlilərin son 4 ilin möhtəşəm nailiyyətlərinin sevinci ilə yaşadığını, Azərbaycan Respublikasının Prezidenti,  gənclərin hər zaman dostu cənab İlham Əliyevin Göygöl rayonuna və göygöllülərə  sonsuz  diqqət və qayğı göstərdiyini, dövlət rəhbərinin rayona  tarixi  səfərləri  hər bir rayon sakininə böyük qürur hissi bəxş etdiyini, əldə olunan qələbələrin başlıca stimulu olduğunu bildirib. Cənab İlham Əliyevin bütün göstəriş və tapşırıqlarının Göygöl rayon rəhbərliyinin yüksək təşkilatçılığı ilə yerinə yetirildiyini diqqətə çatdırıb, rayonun  inkişaf və tərəqqisində gənclərin geniş fəallığına xüsusi önəm verildiyini vurğulayıb.

YAP Göygöl rayon təşkilatı Gənclər Birliyinin III Hesabat - Seçki konfransı keçirilib

    Bu gün  YAP Göygöl rayon Təşkilatı Gənclər Birliyinin III hesabat-seçki konfransı keçirilib. Konfransda Göygöl rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Seyidov, Ekalogiya Təbii sərvətlər nazirinin müavini, YAP siyasi şuranın üzvü cənab Firdovsi Əliyev,  YAP Mərkəzi Aparatının məsul işçisi Rafael Gülməmmədov, YAP Göygöl rayon  Təşkilatının sədri Turani  Əliyev, fəal gənclər və media nümayəndələri iştirak ediblər.
      Tədbiri giriş sözü ilə  YAP Göygöl rayon Təşkilatının sədri Turani Əliyev açaraq, konfrans iştirakçılarını  və qonaqları salamlayıb, tədbirdə 115 nəfər nümayəndədən 112 nəfərinin iştirak etdiyini bildirib və konfransın işinə uğurlar arzulayıb.
      Turani Əliyev  konfransın mühüm tarixi bir dövrə təsadüf  etdiyini, gəncəlilərin son 4 ilin möhtəşəm nailiyyətlərinin sevinci ilə yaşadığını, Azərbaycan Respublikasının Prezidenti,  gənclərin hər zaman dostu cənab İlham Əliyevin Göygöl rayonuna və göygöllülərə  sonsuz  diqqət və qayğı göstərdiyini, dövlət rəhbərinin rayona  tarixi  səfərləri  hər bir rayon sakininə böyük qürur hissi bəxş etdiyini, əldə olunan qələbələrin başlıca stimulu olduğunu bildirib. Cənab İlham Əliyevin bütün göstəriş və tapşırıqlarının Göygöl rayon rəhbərliyinin yüksək təşkilatçılığı ilə yerinə yetirildiyini diqqətə çatdırıb, rayonun  inkişaf və tərəqqisində gənclərin geniş fəallığına xüsusi önəm verildiyini vurğulayıb.